Qətər bütün təklifləri rədd etdi

Qətər bütün təklifləri rədd etdi Qətər BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misirdən ibarət körfəz koalisiyasının tətbiq etdiyi diplomatik və iqtisadi blokadanı qaldırmaq üçün verdiyi şərtli dialoq təklifini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani məlumat verib.
Bəhreynin xarici işlər naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə koalisiya ölkələrinin xarici işlər nazirlərinin toplantısında Qətərlə dialoqa girməyə hazır olduqlarını deyib.
Lakin nazir dialoqun gerçəkləşməsinin Qətərin terrorizmi maliyyələşdirməkdən və digər ölkələrin daxili işlərinə qarışmaqdan əl çəkməsinə, eləcə də, 13 maddəlik tələb siyahısına cavab verməsinə bağlı olduğunu vurğulayıb.

Təhsil-press.az

Oxşar xəbərlər