“UNEC-də bir gün” layihəsi davam etdirilir

“UNEC-də bir gün” layihəsi davam etdirilir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yuxarı sinif şagirdləri arasında çox populyar olan “UNEC-də bir gün” layihəsini davam etdirir.
Layihənin növbəti iştirakçıları Suraxanı rayonu N.Həmidov adına 208 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri olub. Onlara UNEC-də tədris edilən ixtisaslar, xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları, mərkəzləşdirilmiş elektron imtahan prosesi barədə ətraflı məlumat verilib.
Sonra birgünlük tələbələr “marketinq” fənnini dinləyiblər. Onlar üçün UNEC-də infotur da təşkil edilib.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər