Dövlət İmtahan Mərkəzi (DIM) dekabrın 2-də saat 9-da Şirvan şəhərindəki 16 nömrəli tam orta məktəbdə Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlarla (kurikulumlar) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.

DIM-in Mətbuat Xidməti