İmtahansız qəbula imkan verəcək hazırlıq qrupları bütün ali məktəblərdə yaradılmayacaq

İmtahansız qəbula imkan verəcək hazırlıq qrupları bütün ali məktəblərdə yaradılmayacaq Ali məktəblərə imtahansız qəbul olunmağa imkan verəcək hazırlıq qrupları bütün ali təhsil müəssisələrində yaradılmayacaq.
Təhsil-press.az-ın məlumatına görə, “Təhsil haqqında” qanuna edilən dəyişikliklər layihəsinə əsasən, ali məktəblərdə bakalavriat səviyyəsində birillik hazırlıq qrupları yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə təşkil olunacaq.
Qeyd edək ki, dəyişikliklər ali təhsili müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun yeni qaydasının tətbiqini – birillik təhsil qrupları vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.
Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin 1-ci kursuna qəbul olunurlar.

Təhsil-press.az

Oxşar xəbərlər