Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş prezidentinin andiçmə mərasimində iştirak edib

Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş prezidentinin andiçmə mərasimində iştirak edib Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksikanın prezidenti Andres Manuel Lopez Obradorun Meksika Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.
Mərasimdə bir sıra dövlət başçıları, çoxsaylı yüksəksəviyyəli qonaqlar iştirak edib.
Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Meksika Prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.

Tehsil-press.az

Oxşar xəbərlər