Hal-hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyə Respublikasında elmi ezamiyyətdədir. Türkiyə Cümhuriyyətinin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan alim Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də tanışlıq imkanı qazanıb. Akademik kitabxananın müdiri Menderes Velioğlunun yardımı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvi əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilib.
Düşünürük ki, vaxtılə Ayasofiya Məbədi kitabxanasında qorunan Nizami əlyazmalarından biri olan bu nadir nüsxə Nizami irsinin daha dərindən tədqiqində nizamişünaslarımıza yardımçı olacaq.
Əlyazmalardan birinin təsvirini diqqətinizə çatdırırıq.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitunun İctimaiyyətlə əlaqələr şöbəsi