Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması İstanbulun Mərmərə Universitetində saxlanan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilmişdir.
İran alimi Firuz Rifahi Ələmdarinin nəşrə hazırladığı bu kitaba AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 30 səhifəlik geniş ön söz yazmışdır. Alim burada XV əsr Azərbaycan ədəbiyyatı, Əhmədi Təbrizinin əsərlərinin səciyyəvi xüsusiyyətləri, anadilli poeziyamızda "Yusif və Züleyxa" mövzusu barədə ətraflı söhbət açmışdır.

BSU-nun Mətbuat Xidməti