Azərbaycan Universitetində 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “Bacarıqlar əngəlsizdir!” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq 1992-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə 3 dekabr tarixinin Beynəlxalq Əlilliyi olan Şəxslər Günü olaraq qeyd olunduğunu bildirib. Məqsəd insanları cəmiyyətin müxtəlif təbəqələrində və inkişafın bütün mərhələlərində əlilliyi olan şəxslərin hüquqlarının qorunması və təşviq edilməsi, siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində onların vəziyyəti haqqında maarifləndirmək və problemə diqqət çəkməkdən ibarətdir. Kafedra müdiri bildirib ki, 2018-ci il üçün Əlilliyi olan Şəxslərin Beynəlxalq Gününün mövzusu “Əlilliyi olan şəxslərin gücləndirilməsi, onların inklüzivliyinin və bərabərliyinin təminatı” kimi seçilib.
Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin yaranma tarixi, fəaliyyəti və nailiyyətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxlər istənilən sahədə özlərinə inkişaf yolu tapırlar, idman da bu sahələrdən birincisi hesab olunur. Paralimpiyaçıların uğurlarından bəhs edən İlqar Rəhimov əlilliyi olan şəxsləri diqqət mərkəzində saxladığı, tədbir keçirdiyi üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.
“Dance Ability Azerbaijan” təşkilatının sədri Nigar Sultanova isə “İnteqrasiyalı rəqs və onun fəlsəfəsi” mövzusunda çıxış edib. Qeyd edib ki, rəqsin məqsədi əqli və fiziki imkanlardakı fərqlərdən asılı olmayaraq hər kəsin cəmiyyətin bərabər hüquqlu üzvü olduğunu göstərməkdir.
Tədbirdə Azərbaycan Respublikası Paralimpiya Komitəsinin I vitse-prezidenti Natiq Qasımov, komitənin baş katibi Kamal Məmmədov və Əlil Velosipedçilər Klubunun sədri Amid Həsənquliyev də iştirak ediblər. Tədbiri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və heyət izləyib.
Daha sonra qonaqlar və tədbir iştirakçıları “Dance Ability Azerbaijan” təşkilatının üzvləri, rəqqaslar, əlilliyi olan şəxslər və Azərbaycan Universitetinin tələbələrinin birgə inteqrasiyalı rəqsini izləyiblər.

Mətbuat Xidməti