Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.
Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində məqsəd sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsi, eyni zamanda ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri olan əlil gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığını təmin etmək və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasıdır. Ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqramları sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaratmağa və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir.
Əlilliyi olan gənclər əmək yarmarkasında [email protected] ünvanına CV göndərməklə iştirak edə bilərlər. UNEC Karyera Mərkəzində yaradılacaq elektron CV bazası müfaviq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək.
Əmək yarmarkası saat 10.00-dan 15.00-dək Park İnn otelində keçiriləcək.

UNEC-in Mətbuat Xidməti