Azərbaycan Universitetində autizmə dəstək aksiyası

Azərbaycan Universitetində autizmə dəstək aksiyası Azərbaycan Universitetində autizm maarifləndirmə ayına həsr edilmiş dəstək aksiyası və maarifləndirmə seminarı keçirilib.
Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq 2008-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə aprel ayının bütün dünyada Autizm Maarifləndirmə ayı, 2 aprel tarixinin isə Autizm Maarifləndirmə Günü olaraq qeyd olunduğunu bildirib. Məqsəd insanları autizm haqqında maarifləndirmək və problemə diqqət çəkməkdən ibarətdir.
“Birgə və sağlam” İctimai Birliyinin psixoloqu Nərmin Rəhimli “Autizmli uşaqların və ailələrinin ehtiyacları” mövzusunda təqdimatla çıxış edib. Təqdimat autizmin statistikası və diaqnozu, sosial münasibətlərlə bağlı problemlər, davranış problemləri, autizm spektrumuna səbəb olan faktorlar, autizmdə reabilitasiya və istifadə olunan metodlar mövzularını ehtiva edib.
Universitetin autizm sindromlu övladı olan qonaqları – “Birgə və sağlam” İctimai Birliyinin qurucusu və direktoru Aytən Zeynalova, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA- United Aid For Azerbaijan) Valideyn Birliyinin sədri, təlimçi Zəhra Xələfova “Autizm sindromlu uşaqlar və onların valideynlərinin qarşılaşdıqları problemlər” mövzusunda öz təcrübələrini bölüşüblər.
Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri təqdim etdikləri flaşmobda autizm sindromlu uşaqların adından cəmiyyətə müraciətlərini çatdırıblar.
Universitetin rektoru Səadət Əliyeva tədbir təşkilatçılarına və qonaqlara təşəkkür edib. Rektor çıxışında autizm sindromlu uşaqların reabilitasiyasının və ailələrinin həyat keyfiyyətinin yüksəldilməsinin vacibliyinə toxunub. Səadət Əliyeva deyib: “Cəmiyyətin maarifləndirilməsi və övladlarının cəmiyyətə inteqrasiyası kimi çətin və məsuliyyətli yükü öz üzərlərinə götürən analara fədakar əməklərinə görə dərin minnətdarlığımı bildirirəm”.
Tədbirdə “Mənim adım autizmdir” adlı qısametrajlı film və əməkdar artıst Tünzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” videoklibi nümayiş olunub.
Tədbir universitet kollektivi tərəfindən havaya mavi şarların buraxılması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində autizmə dəstək aksiyasıAzərbaycan Universitetində autizmə dəstək aksiyasıAzərbaycan Universitetində autizmə dəstək aksiyasıAzərbaycan Universitetində autizmə dəstək aksiyasıAzərbaycan Universitetində autizmə dəstək aksiyasıAzərbaycan Universitetində autizmə dəstək aksiyası

Oxşar xəbərlər