11 yaşlı Tufanın Şaxta Babaya məktubu sosial şəbəkələrdə maraqla qarşılanıb. Masallı rayonunun Bədalan kənd sakini şaxta babaya yazdığı məktubda atasından sonra anasını da itirdiyini və bu səbəbdən çox kədərli olduğunu bildirib.
Davamında yazır:
“Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən”.
Məktub Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin “Şaxta baba sən ol” layihəsi ilə bağlı göndərilib. Layihə rəhbəri Nigar Bayramlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən aksiya 3 ildir ki, davam etdirilir:
“Hər il olduğu kimi bu il də uşaqlar şaxta babaya müxtəlif məktublar yollayıb. Biz həmin məktubları “Hard Rock Cafe”də yolkadan asırıq. Kömək etmək istəyənlər məktubu götürür, uşağın istədiyi hədiyyəni alıb məktubla birlikdə bizə verir. Məsələn, ötən il 1 ailə 10 məktubda arzulanan hədiyyəni almışdı, cəmi iki günə hədiyyələr yığıldı. Biz məktubların hamısını səhifədə paylaşmışdıq. Necəsə oldu, bu məktub sosial şəbəkədə yayıldı. Hazırda həmin məktubları təhvil vermişəm, heç məndə də deyil. Tezliklə yolkadan asılacaq”.
Nigar xanımın sözlərinə görə, hədiyyələrin il sonuna kimi toplanması planlaşdırılıb. Yanvarın 15-nə kimi isə kəndlərdə uşaqlara paylanılacaq.
Tehsil-press.az