Paytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.
Onu sonuncu dəfə “28 may” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.
N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonu və zinət əşyalarını da özü ilə götürməyib.
Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti “102” və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.
***
Nigar Bayramlının yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, gənc qız artıq tapılıb.
Tehsil-press.az