Nazir müavini: Azərbaycan və Aİ tərəfdaşlıq sazişinin mətnini marta qədər razılaşdıra bilərlər

Nazir müavini: Azərbaycan və Aİ tərəfdaşlıq sazişinin mətnini marta qədər razılaşdıra bilərlər Azərbaycan və Avropa İttifaqı (Aİ) tərəfdaşlıq sazişinin mətnini gələn ilin mart ayına qədər razılaşdıra bilərlər.
Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.
Nazir müavini qeyd edib: "Əgər bizim aramızda qarşılıqlı anlaşma olsa, kompromissə gedəcəyik. Düşünürəm ki, gələn ilin mart ayınadək sazişin mətnini razılaşdıracağıq. Bizim üçün əsas olan sənədi hazırlamaq və paraflamaq, sonra isə ratifikasiya etməkdir".
M.Məmməd-Quliyev əlavə edib ki, Avropa Komissiyası və Avropa Parlamentində qarşıda duran seçkilərin nəticəsi həmin sənədin imzalanması prosesinə təsir göstərməyəcək, çünki hər iki tərəf bu sazişi dəstəkləyir.

Tehsil-press.az

Oxşar xəbərlər