Azərbaycan və Aİ aviasiya sazişi üzrə danışıqlar keçirəcək

Azərbaycan və Aİ aviasiya sazişi üzrə danışıqlar keçirəcək Azərbaycan və Aİ 23-24 oktyabr tarixlərində aviasiya sazişi üzrə danışıqlar keçirəcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev deyib.
Xatırladaq ki, iyulun 4-5 tarixlərində Brüsseldə Avropa ittifaqı ölkələri və Azərbaycan arasında vahid aviasiya məkanı haqqında müqavilənin imzalanması üzrə danışıqların ikinci mərhələsi keçirilib. Görüşün nəticələrinə dair protokol imzalanıb.
Danışıqların üçüncü mərhələsinin Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Gözlənilir ki, görüşdə müqavilənin yekun variantı hazırlanacaq.

Təhsil-press.az

Oxşar xəbərlər