Bu ayın sonu Büsseldə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında sazişin əsas sektoral bloku müzakirə olunacaq.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Onun sözlərinə görə, ticarət, investisiya siyasəti və təhlükəsizlikdən başqa digər məsələlər də müzakirə olunacaq:
“Biz bir neçə məsələni müzakirə etməyə çalışacağıq. Həmçinin Brüsseldə yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq. Bu, yeni addımdır. Artiq biz birinci növbədə öz təkliflərimizi vermişik. Aİ də baxıb, öz təkliflərini verib. Biz bunun əsasında da təklif hazırlayıb təqdim etmişik. Sentyabrın 29-da müzakirələr aparılacaq”.
Nazir müavini bildirib ki, sentyabrın 27-də Brüsseldə Aİ ilə Azərbaycan arasında Ticarət üzrə alt komitənin iclası keçiriləcək: "Həmin görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə ediləcək".
O qeyd edib ki, oktyabrın 2-ci yarısında isə Təhlükəsizlik və İnsan hüquqları və demokratiya alt komitələrinin iclası keçiriləcək: "Sonuncu, Enerji alt komitəsinin toplantısı ilə bağlı hələlik tarix bəlli deyil. Çünki Şərq Tərəfdaşlığı sammitinə hazırlıq getməldir. Düşünmürəm ki, sammitdən əvvəl bu komitənin iclası olsun. Hazırda alt komitələrin iclasına Brüssel ev sahibliyi edir. Ona görə də biz onların təkliflərinə baxıb fikir bildiririk".
Təhsil-press.az