Dekabrın 21-də Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək.
Qurultayın keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.
Qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər.
Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 min 662, magistratura səviyyəsində 13 min 442, orta ixtisas təhsili müəssisələrində 51 min 819 tələbə təhsil alır.
Tehsil-press.az