"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyinə bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək; Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Təhsil-press.az

Oxşar xəbərlər