BSU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib

BSU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib Dekabrın 19-da Bakı Slavyan Universitetində Tibbi biliklər kafedrasının təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Tibbi biliklər kafedrasının müdiri Pərvanə Cəfərova, kafedranın müəllimləri, fakültələr üzrə dekan müavinləri və müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova gənclərin sağlamlıqlarını qorumaları üçün maariflənməyə olan ehtiyacdan, məlumatsızlıqdan yaşana biləcək problemlərin ciddiliyindən danışıb.
Sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Lətafət Dadaşova mövzu ilə bağlı gənc xanımlardan ibarət geniş auditoriya qarşısında mühazirə oxuyub, apardığı elmi araşdırmalarla bağlı bir sıra mühüm məlumatları bölüşüb.
L.Dadaşova reproduktiv sağlamlığın əsas aspektlərindən olan ailə planlaşdırılması, o cümlədən cinsi yolla yoluxan infeksiyalarla bağlı mübarizə metodları haqqında məlumat verib. Reproduktiv sağlamlığın qorunmasında vacib amillərdən olan ailə planlaşdırılması, arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs edən həkim-mütəxəssis ana və uşaq sağlamlığının mühafizəsi məsələlərinin dövlətin diqqət mərkəzində olduğunu da vurğulayıb. O bildirib ki, insan sağlamlığının başlanğıcı ana südüdür və reproduktiv sağlamlığın təməli dünyaya gələn uşaqların vaxtında, doğum evində ana südü ilə təmin edilməsidir.
Məruzəçi L.Dadaşova bütün bu problemlərin həlli ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya qoyduğu məqsədləri auditoriyanın diqqətinə çatdırıb. Bildirilib ki, reproduktiv sağlamlıq hər bir insan, eyni zamanda ailə üçün fundamental əhəmiyyət kəsb edir və cəmiyyətin sosial-iqtisadi inkişafının səviyyəsini səciyyələndirir. Süd vəzisi xərçəngi və bu kimi bir sıra digər qadın problemləri mövcudluğundan da danışan həkim-mütəxəssis Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində mühüm addımların atıldığını bildirib.
Tədbirin davamında iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb və mövzu ətrafında diskussiya aparılıb.

BSU-nun Mətbuat Xidməti


BSU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib
BSU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib

Oxşar xəbərlər