Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər” mövzusunda tədbir keçirildi. Universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Elşad Məmmədli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə, Regional psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova və universitetin tələbələri iştirak edirdilər.
Öncə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis polkovnik-leytenantı E.Məmmədli dövrümüzün müasir sosial bəlasına çevrilmiş, cəmiyyətin məhvinə yönələn narkomaniyanın ağır fəsadlarından bəhs etdi.O, narkotiklərin qanunsuz daşınması haqqında danışdı və narkomaniya ilə mübarizə aparmağın insanların birgə səyi nəticəsində mümkün olduğunun qeyd etdi. E.Məmmədli eyni zamanda narkotiklərin növləri, insanda yaratdığı acınacaqlı nəticələr əks etdirən slaydı tədbir iştirakçılarına təqdim etdi.
Regional psixologiya Mərkəzinin psixoloqu M.Qafarova bu tədbirin tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq baxımından çox faydalı olduğunu qeyd etdi. Həmçinin, insanların psixoloji durumunun, fiziki sağlamlığının bu bəla ilə mübarizədə əhəmiyyətli rola malik olduğunu da sözlərinə əlavə etdi.
Daha sonra söz alan Səhiyyə Nazirliyinin nümayəndəsi, həkim-metodist Ş.Mirzəzadə narkomaniyanın insanların səhhətində, gündəlik həyat və iş fəaliyyətində geri dönüşü olmayan ağır fəsadlar törətdiyini vurğuladı. O, narkotik maddə qəbul edən insanın psixoloji durumunun pisləşdiyini, bir çox orqanlarının zədələndiyini, o cümlədən QİÇS kimi ölümcül xəstəliyin məhz narkotik maddənin mütəmadi qəbulu nəticəsində yarana biləcəyini iştirakçıların diqqətinə çatdırdı.
Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova universitet rəhbərliyi başda olmaqla tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, təşəkkür etdi. O, hər il mütəmadi olaraq narkomaniyanın ağır fəsadları ilə mübarizə aparmaq üçün bu növ maarifləndirici tədbirlərin keçirildiyini qeyd etdi.
Tələbələrin narkomaniya başda olmaqla digər pis vərdişlərdən yayınmasında bu növ tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan professor Ələddin Əliyev Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova və digər qonaqlara təşəkkür etdi. O, tələbələri sağlam həyat tərzi sürməyə, asudə vaxtlarını səmərəli keçirməyə səslədi.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı, eyni zamanda zərərli vərdişlərin insan sağlamlığına vurduğu fəsadlardan bəhs edən məlumatlandırıcı bukletlər paylanıldı.

ADU-nun Mətbuat Xidməti