“Mən də nə zamansa evlənməliyəm” - Putindən etiraf

“Mən də nə zamansa evlənməliyəm” - Putindən etiraf Rusiya prezidenti Vladimir Putinə illik mətbuat konfransında gözlənilməz sual ünvanlanıb.
Jurnalistlərdən biri Putinə nə zaman və kiminlə evlənəcəyinə dair sual verib.
“Bəs siz evlisiniz” deyə ölkə başçısı jurnalistin sualına qarşılıq verib. Jurnalist dövlət başçısının sualını “bəli” deyə cavablandırıb.
“Özü evlidir və buna görə, mənim üçün də eyni şeyi istəyir. Mən də, mədəni insan kimi nə zamansa evlənməliyəm” deyə Putin gülərək cavab verib.

Tehsil-press.az

Oxşar xəbərlər