Əgər İran neftdən az asılı olsaydı, ABŞ sanksiyaları daha az təsir edərdi.
Bu sözləri İran prezidenti Həsən Ruhani parlamentdə gələn il üçün büdcə layihəsini təqdim edərkən deyib:
“Əgər ölkədə özəl sektor daha aktiv rol oynasaydı və biznesin idarə edilməsi daha çox özəl sektorun çiyinlərinə düşsəydi, bugünkü gündə sanksiyaların ölkəyə təsiri əhəmiyyətli dərəcədə az olardı. Əgər büdcənin yükü neftin üzərinə qoyulmasaydı, birmənalı olaraq sanksiyaların effekti az olardı”.
Ruhani qeyd edib ki, ABŞ sanksiyaları ilə yanaşı, ölkədəki situasiyaya təsir edən digər faktor köhnə iqtisadi sistemdir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp may ayında ölkəsinin İranla nüvə proqramı haqqında sazişdən çıxdığını elan etmişdi.
Tehsil-press.az