Ruhanidən Trampın qərarına cavab - “Əksini ediblərsə, göstərsinlər”

Ruhanidən Trampın qərarına cavab - “Əksini ediblərsə, göstərsinlər” ABŞ prezidenti Donald Trampın İranla əldə olunmuş nüvə sazişindən çıxdığını açıqlamasına İran prezidenti Həsən Ruhanidən sərt cavab gəlib.
Təcili canlı yayıma çıxan Ruhani ABŞ-ın heç bir səbəb göstərmədən sazişdən çıxdığını bildirib:
“Geridə qalan 2 il ərzində ABŞ sazişə uyğun hərəkət etmədi. Əksini ediblərsə, göstərsinlər. Sadəcə imza atmışdılar. Amma İran müqavilədən irəli gələn öhdəliklərini layiqincə yerinə yetirmişdi. İndi çox aydın görünür ki, kim beynəlxalq qanunlara daha çox riayət edir”.
Ruhani sözlərinə əlavə edib ki, bu, sadəcə ABŞ və İran arasından imzalanan deyil, BMT Təhlükəsizlik Şurası və digər qurumlar tərəfindən təsdiqlənmiş bir saziş idi:
“Hazırda nüvə sazişi İran və 5 ölkə arasında davam edəcək. Bundan sonra daha da səbrli olacağıq və həmin 5 ölkənin necə reaksiya verəcəyini müşahidə edəcəyik.
Xarici İşlər Nazirliyinə qarşıdakı 2-3 həftə ərzində diplomatik müzakirələr aparmaq istiqamətində göstərişlər vermişəm. Xüsusilə Rusiya və Çinlə sıx müzakirələr aparılacaq və bundan sonra istədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”.

Tehsil-press.az

Oxşar xəbərlər