ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyaları genişləndirib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, sanksiya siyahısına 6 iranlı və onlardan biri ilə əlaqəli 3 şirkət daxil edilib. Onların hamısı İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrə görə sanksiyalara məruz qalıblar.
Qeyd edək ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı tətbiq etdiyi sanksiyaların İranla nüvə sazişi bağlandıqdan sonra dondurulmuş sanksiyalarla əlaqəsi yoxdur. Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər