Azərbaycanda müəllim özünü qumbara ilə partlatdı

Azərbaycanda müəllim özünü qumbara ilə partlatdı Gədəbəy rayonunda müəllim özünü partladaraq intihar edib.
Hadisə dekabrın 25-də baş verib. 1974-cü il təvəllüdlü Nemət Bayramov ağır vəziyyətdə küçədə tapılıb. Xəstəxanaya yerləşdirilən N.Bayramov orada vəfat edib.
Gədəbəy rayon Peşə Liseyində idman müəllimi işləyən N.Bayramov evə gedərkən əl qumbarasını partladaraq intihar edib.
Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
N.Bayramov ailəlidir, bir qızı var.

Murad Əhməd


Oxşar xəbərlər