25 yaşlı Qax sakini özünü asdı

25 yaşlı Qax sakini özünü asdı Qax rayonunda 25 yaşlı gənc intihar edib.

Tehsil-press.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib.
Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır. Məlumata görə, Ş.Məmmədli ailəlidir.

Tehsil-press.az

Oxşar xəbərlər