Qəbələdə sevgililər özünü asdı

Qəbələdə sevgililər özünü asdı Qəbələ rayonunda iki nəfər özünü asaraq öldürüb. Qəbələ rayon prokurorluğundan Tehsil-press.az-a verilən məlumata görə, hadisə avqustun 28-i intihar edənlərdən biri, Günel Dadaşovanın həyətində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Elçin Mirsahiblinin və 1984-cü il təvəllüdlü Günel Dadaşova həyətdə asılmış vəziyyətdə aşkar ediliblər.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekpertizası təyin edilib, şahidlərin ifadələri alınıb.
Hadisənin baş vermə hallarının araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlumata görə G.Dadaşova evli olub boşanıb və himayəsində bir azyaşlı övladı var. Onun E.Mirsahibli ilə sevgi münasibətləri olduğu bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər