Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb

Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb 2018-ci ildə Yəməndə 10 mətbuat işçisi qətlə yetirilib.
Bildirilir ki, onlar arasında müxbir və operatorlar da var. Yəmənin Jurnalistlər Birliyinin yaydığı hesabata görə, media mənsublarının 5-i koalisiya qüvvələri, 3-ü husilər, 2-i isə naməlum silahlı qüvvələr tərəfindən qətlə yetirilib.
Məlumata görə, ötən il jurnalistlərə, fotomüxbirlərə, onlarla qəzetə, sayta, redaksiyaya qarşı 226 qanun pozuntusu qeydə alınıb. Qanun pozuntularından 136-a husilər, 68-a iqtidara yaxın qüvvələr, 11-a koalisiya qüvvələri tərəfindən yol verilib.
Daha əvvəl məlum olub ki, Yəməndə 2,2 milyon uşaq aclıqdan əziyyət çəkir.

Tehsil-press.az



Oxşar xəbərlər