Ölənlərin sayı 2100-ə çatdı - Yəməndə vəziyyət acınacaqlıdır

Ölənlərin sayı 2100-ə çatdı - Yəməndə vəziyyət acınacaqlıdır Yəməndə “Kolera” virusundan ölənlərin sayı 2100-ə çatıb.
Son məlumatlara əsasən, 750 mindən çox insanda bu virus aşkarlanıb.
Epidemiya hazırda sürətlə yayılır. Noyabra qədər 1 milyondan çox insanın bu virusla yoluxacağı və vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin işğalı altında olan Yəməndə aclıq və səfalət hökm sürür. Bu səbəbdən ölkədə kütləvi yoluxucu xəstəliklər yayılır.
Hazırda milyonlarla insan təmiz su və qida tapmaqda əziyyət çəkir. Koalisiya qüvvələri isə ölkəyə humanitar yardımların edilməsinə mane olur.

Təhsil-press.az

Oxşar xəbərlər