Yəməndə insanlıq faciəsi davam edir - 2218-ə çatdı

Yəməndə insanlıq faciəsi davam edir - 2218-ə çatdı Yəməndə 27 apreldən etibarən kolera epidemiyasından ölənlərin sayı 2218 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı bu müddət ərzində 955 min 516 nəfərdə virus aşkar edildiyini açıqlayıb.
Məlumata görə, Yəmənin 22 vilayətindən sadəcə Sokotrada epidemiyaya rast gəlinməyib. Ən çox virus daşıyıcısı isə Hudeydə (138 min nəfər) vilayətidir.
Qeyd edək ki, 3 ildir Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin işğalında olan Yəməndi içməli su və qida qıtlığı yaşanır.

Tehsil-press.az

Oxşar xəbərlər