İspaniyada 15 yaşlı yeniyetmə lotereyeda 200 min avro udub

İspaniyada 15 yaşlı yeniyetmə lotereyeda 200 min avro udub İspaniyada ənənəvi lotereya oyununun qalibi on ilə yaxın müddət bundan əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.
Yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl 20 avroya alıb. "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilər yeni mobil telefon alım və ya pulu kiçik mənzilə qoyum", - deyə yeniyetmə etiraf edib.
Qeyd edək ki, hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Hər biletdə 5 ədədli nömrə yazılır. Qalib gələnlər mükafat fondunun öz aralarında bölüşdürür.

Tehsil-press.az

Oxşar xəbərlər