İspaniyada öküz qaçışlarına qatılan turistlər də yaralandı - 13 nəfər

İspaniyada öküz qaçışlarına qatılan turistlər də yaralandı - 13 nəfər İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalının son günündə ənənəvi öküz qaçışları zamanı 13 nəfər xəsarət alıb.
Xəsarət alanlar arasında yerli həvəskar sakinlərdən başqa, hətta ABŞ, Fransa və İtaliyadan turistlər də olub.
Xatırladaq ki, ötən gün də öküz qaçışları zamanı 6 nəfər xəsarət almışdı. Onlardan iki nəfərin öküzlərin zərbələri nəticəsində xəsarət aldığı, 4 nəfərin isə yıxılaraq kəllə-beyin diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilmişdi.
Qeyd edək ki, ənənəvi San-Fermin festivalı Pamplonada iyulun 6-da başlayıb və bu gün iyulun 14-də yekunlaşacaq.

Təhsil-press.az

Oxşar xəbərlər