Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mənim Uğurum – Yeniyetmə və Gənclər arasında sağlam həyat tərzinin təbliği və idman yarışının təşkili” adlı layihəsinə start verib.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Sabirabad rayonunda gənc nəslin nümayəndələrini narkomaniya və zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılması məqsədilə müxtəlif yarışlarının təşkil edilməsidir. Üç ay davam edəcək layihə çərçivəsində rayonda yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, təlimlərin və idman yarışlarının təşkili planlaşdırılır. Təlimlərə cəlb olunan yeniyetmə və gənclər maarifləndiriləcək, bukletlərlə təmin olunacaqlar. Çap olunmuş nəşrlər ictimai yerlərdə, məktəblərdə və digər müəssisələrdə paylanılacaq. Sonda aparılan işlərin effektivliyini müəyyənləşdirmək üçün qiymətləndirmə aparılacaq və iştirakçıların layihənin əhəmiyyəti ilə bağlı fikirləri öyrəniləcək.
Tehsil-press.az