Ötən il Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.
Paytaxtın ümumtəhsil məktəbləri üzrə birinci sinfə 47 min 637 uşaq qəbul olunub. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. Altı yaşı tamam olmayan uşaqlar I sinfə müsabiqəsiz qəbul edilib. 2018-ci ildə tətbiq edilən yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin birinci sinfinə müsabiqəsiz qəbul edilib. Həmçinin məktəbəhazırlıq qruplarındakı uşaqlar birinci sinfə avtomatik qeydiyyatdan keçib.
BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarındakı uşaqlar www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə avtomatik birinci sinfə qəbul üzrə qeydiyyata alınıb.

BŞTİ-nin Mətbuat Xidməti