Prezident İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub

Prezident İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.
Görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Tehsil-press.az

Oxşar xəbərlər