SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi Beynəlxalq neft-qaz sərgi konfrasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Dünyanın böyük neft və qaz şirkətlərinin iştirak etdiyi forum çərçivəsində SOCAR-ın prezidenti bir sıra ikitərəfli görüşlər keçirib. BP şirkətinin prezidenti Bob Dadli ilə görüşdə BP-nin Azərbaycanda həyata keçirilən ən böyük layihələrdə SOCAR-ın etibarlı tərəfdaşı olduğu qeyd edilmiş, ''AÇG'' yatağında uğurlu birgə fəaliyyətin aspektləri müzakirə olunub.
İki şirkət arasında Azərbaycanda və xaricdə birgə layihələr üzrə biznesin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Total şirkətinin prezidenti Patrik Puyyane ilə görüşən SOCAR prezidenti Rövnəq Abdullayev Totalın Azərbaycanda uğurlu fəaliyyət tarixçəsindən danışmış, əməkdaşlığın hazırkı durumu dəyərləndirilib.
Görüşdə ''Abşeron'' layihəsinin investisiya fazasına keçməsi, iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Statoil şirkətinin prezidenti Eldar Setre ilə görüşdə dünya neft-qaz bazarında baş verən yeniliklər fonunda ''AÇG'' layihəsinin inkişafı, ''Qarabağ'' yatağı üzrə əməkdaşlıq məsələlərinə toxunulmuş, Azərbaycanda həyata keçirilən layihələrdə Statoil şirkətinin iştirak imkanları, investisiya perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi səfəri çərçivəsində ExxonMobil şirkətinin prezidenti Reks Tillersonla da görüş keçirilib. ExxonMobil şirkətinin rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirmiş, SOCAR-ExxonMobile əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləyib.
Tehsil-press.az