Venesuela ilə ABŞ arasında gərginlik - Maduro amerikalı diplomatlara 72 saat vaxt verdi

Venesuela ilə ABŞ arasında gərginlik - Maduro amerikalı diplomatlara 72 saat vaxt verdi Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.
Maduro amerikalı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verib. O, müraciətini Karakasdakı prezident sarayının eyvanından ünvanlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp müxalifət lideri Xuan Quaidonu Venesuela prezidenti kimi tanıdığını bəyan edib.

Tehsil-press.az


Oxşar xəbərlər