Qulinin rəqibi azadlığa buraxıldı - “Böyük hərflərlə “vor”am” +Video

Qulinin rəqibi azadlığa buraxıldı - “Böyük hərflərlə “vor”am” +Video Rusiyada otuz altı yaşlı azərbaycanlı keçmiş “qanuni oğru”, kriminal dairələrdə “Emin Hacıqabullu” kimi tanınan Emin Əhmədov azadlığa buraxılıb.
Tehsil-press.az Rusiya KİV-nə istinadən xəbər verir ki, üç gün əvvəl Krasnoyarskda saxlanıldığı istintaq təcridxanasından buraxılan Əhmədovun Rusiya ərazisində yaşaması arzuolunmaz hesab edilib və o, yanvarın 26-da Bakıya uçmalı olub.
Emin özünü “böyük hərflərlə oğru” adlandırsa da, kriminal aləmdə onun statusu təsdiqlənməyib. O, eyni zamanda bir nömrəli azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla açıq qarşıdurmada olması ilə tanınır.
Qeyd edək ki, Emin 2007-ci ildə Moskva şəhər məhkəməsinin qərarı ilə “quldurluq”, “soyğun” və “adam öldürməyə cəhd” maddələri ilə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.



Tehsil-press.az



Oxşar xəbərlər