Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "Ritm bir dünyadır" adlı ritm müsabiqəsinin 1-ci turu keçirilib

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "Ritm bir dünyadır" adlı ritm müsabiqəsinin 1-ci turu keçirilib.
Müsabiqə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunub.
Müsabiqədə 3 saylı uşaq incəsənət məktəbi və Bülbül və S.Rüstəmov adına incəsənət məktəbləri, Q.Qarayev , F. Əmirov adına musiqi məktəbləri, N. Nərimanov adına Mədəniyyət Mərkəzi, "28 May" Diyarşünaslıq evi, "Dostluq" mədəniyyət evlərindən 22 nəfər nagara ifaçısı iştirak edib. "Rövşən" ritm qrupunun rəhbəri Rövşən Cabbarov, Eyvaz Rzayev, Azər Vahidi və Vaqif Əliyevdən ibarət münsiflər heyəti nagara ifaçılarını qiymətləndiriblər.
Xatırladaq ki, Müsabiqənin 2- ci turu fevral ayının sonunda keçiriləcək.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "Ritm bir dünyadır" adlı ritm müsabiqəsinin 1-ci turu keçirilibSumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "Ritm bir dünyadır" adlı ritm müsabiqəsinin 1-ci turu keçirilibSumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "Ritm bir dünyadır" adlı ritm müsabiqəsinin 1-ci turu keçirilib

Oxşar xəbərlər