Suriyada sərt soyuq - 29 uşaq donaraq öldü

Suriyada sərt soyuq - 29 uşaq donaraq öldü Suriyanın Əl-Hol qaçqın düşərgəsində son 2 ayda 29 uşaq donaraq ölüb.
Hazırda düşərgədəki 33 min çadırın əksəriyyətində qızdırıcı vasitə və qalın yorğanın olmadığı bildirilir.
BMT qaçqınların həyatının təhlükədə olduğunu açıqlayıb. Sərt soyuq səbəbindən ölüm hallarının artacağından ehtiyat edilir.
Qeyd edək ki, düşərgədəki qaçqınlar İŞİD-in işğalı altında olan Deyr-əz-Zor vilayətindən qaçanlardır. Hazırda həmin bölgədə terrorçulara qarşı əməliyyatlar aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər