Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Müsahibələr dekabrın 5-dən başlanıb. Bu günədək 350 namizədlə müsahibə aparılıb.
Müsahibə zamanı namizədlərin peşəkarlıq səriştələri, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal ilə müəyyən olunur.
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 700-dən çox namizəd iştirak edəcək.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilə, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edirlər.
Tehsil-press.az