Noyabrın 5-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşdirilib. Müsahibələrin dekabrın 17-dən gələn il yanvarın 23-dək Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binalarında keçirilməsi planlaşdırılır.
Müsahibə elanına çıxarılmış 11 dövlət orqanında mövcud olan 737 vakant vəzifə üçün müsahibələrdə iştirak etmək məqsədilə ümumilikdə 366 namizəd qeydiyyatdan keçib. Namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/MsbMshQrafikiList linkindən əldə edə bilərlər.
Müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin hüquq, kadr və kargüzarlığın təşkili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 55 namizəd), Baş Dövlət Texniki Nəzarət Xidmətinin hüquq, insan resursları və kargüzarlıq sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 51 namizəd), Qida Təhlükəsizliyi Agentliyinin hüquq, kadr və icraya nəzarət şöbəsinin dövlət qulluğu və kadr məsələləri sektorunda məsləhətçi (1 vakant yer üzrə 43 namizəd) vəzifələri üzrə müşahidə edilib.
Qeyd edək ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında "İmtina" düyməsini sıxmaq lazımdır.

DİM-in Mətbuat Xidməti