Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində ölkədə akkreditə olunmuş xarici dövlətlərin diplomatik korpusun, mədəniyyət mərkəzləri və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirlər keçirilib.
Sofiyada fəaliyyət göstərən Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyasının təşkilatçılığı ilə Bolqarıstan paytaxtında keçirilmiş tədbirdə Azərbaycanın səfirliyinin əməkdaşları və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska və başqaları iştirak ediblər.
Tədbirdə bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitələrdən olan ana dilinin əhəmiyyətindən danışılıb, millətin özünəməxsusluğunun qorunmasında onun müstəsna rolu vurğulanıb.
Sonra uşaqların dilindən ana dilini vəsf edən videoçarx nümayiş olunub. Videoçarxda Nərmin və Gülsüm Usubova bacıları tərəfindən Azərbaycan dilində təqdimatına xüsusi yer verilib, ana dilimizə məhəbbət ifadə olunub. Azərbaycan təmsilçilərinin milli geyimlərdə hazırlanmış videoları onların səlis və gözəl ifadələri ilə birlikdə iştirakçıların geniş marağına səbəb olub.
Həmin gün Plovdivdə icra hakimiyyəti, Xarici Ölkələrin Konsulları Assosiasiyası və Bolqar-Türk Ədəbiyyat Klubunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü qeyd olunub. Şəhərdəki müxtəlif xalqların nümayəndələri, məktəblilər və əcnəbi tələbələrin iştirakı ilə çoxdilli musiqili-poetik proqram təşkil olunub. Bu çərçivədə Uilyam Şekspirin “Hamlet” əsərindən hissələr 36 dildə səsləndirilib.
Tədbirdə ölkəmiz Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təmsil olunub və əsərdən müəyyən hissələr səfirliyin əməkdaşı Zülfiyyə Əlizadə tərəfindən ana dilimizdə oxunub.
Hər iki tədbirdə vurğulanıb ki, Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu xatırladıb. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, millətin simasını səciyyələndirən amillərdən biri, hər hansı xalqın varlığının təzahürü, onun milli sərvəti və yaddaşıdır.
Tədbirlər bədii kompozisiyalarla davam edib.

İqbal Hacıyev