Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasının vitse-prezidentinin dəvəti ilə bu ölkəyə səfər edib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri Daniel Panov və merin müavini Qanço Karabadjakovla görüşüblər.
D.Panov Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açıb. Mer ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlığı, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin və mədəniyyətinin öyrənilməsini yüksək qiymətləndirib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Bakı Slavyan Universitetində 2004-cü ildə yaradılan bolqar dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb. Qeyd edib ki, BSU-da 50-dən çox tələbə bu gün bolqar dilində təhsil alır, Bolqarıstanın tarixi və mədəniyyəti öyrənir.
Sonra BSU-nun nümayəndə heyəti Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğunda olub, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo və Bolqarıstanın Milli və Dünya Təsərrüfatı universitetlərində maraqlı görüşlər keçiriblər.
Sonra azərbaycanlı nümayəndələr Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzində olublar.
Səfər çərçivəsində Azərbaycanlı nümayəndə heyətini Bolqarıstanın vitse-prezidenti İliyana Yotova qəbul edib.
Vitse-prezident yaxın zamanda Azərbaycana nəzərdə tutulmuş səfərində Bakı Slavyan Universitetinə də gələcəyini deyib. O, Azərbaycanda bolqar dilini tədris edən universitetin fəaliyyət göstərməsini yüksək qiymətləndirərək bu dilə göstərilən hörmət və qayğıya görə BSU rəhbərliyinə təşəkkür edib.
Bütün görüşlərdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.
BSU-nun Mətbuat Xidməti