Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadənin rəhbərlik etdiyi və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev və İctimaiyyətlə əlaqələr və elim populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevdən ibarət nümayəndə heyətinin Bolqarıstana səfəri başlayıb.
Səfər çərçivəsində AMEA-nin prezidenti A.Əlizadə Bolqarıstan Elmlər Akademiyasının prezidenti Yulian Revalski, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rəhbərliyi ilə, eləcə də həmin universitetin Geologiya və Çoğrafiya fakültəsində görüşlər keçirmişdir. A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti universitet nəzdində fəaliyyət göstərən Paleontologiya və Tarixi Geologiya Muzeyinə baş çəkib.
Görüşdə AMEA-nın prezidenti bolqarıstanlı həmkarına rəhbərlik etdiyi Akademiyanın tarixi, fəaliyyəti barədə ətraflı məlumat verərək əməkdaşlıq üçün geniş imkanların olduğununu bildirib. Tərəflər həmçinin ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanları, Avropa İttifaqı (Aİ) proqramları çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təcrübə və alim və tədqiqatçıların mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə neft və qaz yataqlarının kəşfiyyatı, seysmologiya, arxeologiya sahələri əməkdaşlıq üçün prioritet sahələr olaraq müəyyən olunub.
Nümayəndə heyətlərinin görüşündən sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında elm və texnologiya üzrə əməkdaşlıq haqqında Saziş, eləcə də sözügedən Sazişə Əlavə Protokolun imzalanması mərasimi baş tutmuşdur. Saziş iki ölkə arasında elmi əlaqələri genişləndirmək və elm və texnologiya sahəsində əməkdaşlığı təkmilləşdirməyi nəzərdə tutur.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Doktorantura və beynəlxalq münasibətlər üzrə prorektoru prof. Mariya Stoyçeva ilə keçirilmiş görüşdə akademik A.Əlizadə elm ilə təhsilin vəhdətini yaratmaq və gənc alimlərin hazırlanması məqsədilə AMEA-nın magistr pilləsinin təsis edilməsi barədə məlumat verərək AMEA ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında gənc magistrlərin mübadiləsinin həyata keçirilə biləcəyini qeyd edib. Akademiyanın beynəlxalq əlaqələri barədə məlumat verən akademik AMEA, Bolqarıstan Elmlər Akademiyası və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetindən ibarət 3 tərəfli formatda əməkdaşlıq modelinin mümkünlüyündən bəhs edib. M.Stoyçeva əməkdaşlıqda maraqlı olduğunu bildirib və ölkələrimiz arasında elm sahəsində əməkdaşlığın dərinləşdirilməsindən məmnunluğunu ifadə edib.
Daha sonra nümayəndə heyəti Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Paleontologiya və Tarixi Geologiya Muzeyini ziyarət edib və muzeydə nümayiş olunan eksponatlarla tanış olublar.
Səfər çərçivəsində AMEA-nın prezidenti A.Əlizadə Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Focus” xəbər agentliyinə müsahibə verib. Müsahibədə akademik dinləyicilərə AMEA-nın tarixi, strukturu, fəaliyyəti və məqsədləri, həyata keçirdiyi beynəlxalq layihələr, Azərbaycanda elmin inkişafında dövlətin rolu barədə ətraflı məlumat verib.

AMEA-nın Mətbuat Xidməti