Nəşrdə Xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, ictimai-sosial mövzulara yanaşması və əsərlərində istifadə etdiyi poetik vasitələr elmi şəkildə təhlil olunur. Monoqrafiyada şairin fəlsəfi poemalarında və müstəqillik illərində qələmə aldığı şeirlərində cəmiyyətin həyatında baş verən proseslərə, mənəvi və sosial dəyişikliklərə münasibəti, ədalətsizliklərə qarşı vətəndaş mövqeyi xüsusi araşdırma obyektinə çevrilib.
Monoqrafiya elmi işçilər, tədqiqatçılar, müəllimlər, tələbələr, natiqlik sənəti ilə maraqlananlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.
Tehsil-press.az






