Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Benəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirə BANM-ın rektoru Elmar Qasımov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor xanım Hicran Hüseynova da qatılıb.
Tədbir öncəsi Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov Hicran Hüseynovanın simasında BANM-da çalışan bütün xanım əməkdaşları və tələbələri qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. Rektor Prezident İlham Əliyevin ölkəmizdə qadın hərəkatına böyük diqqət göstərdiyini və hər zaman xanımların fəaliyyətinə önəm verdiyini bildirib. Elmar Qasımov cəmiyyətimizin inkişafında qadınların əvəzsiz rolundan danışıb və bu gün BANM-ın kollektivinin 60%-nin xanımlardan ibarət olduğunu söyləyib. Dövlətimizdə gender bərabərliyinin qorunaraq xanım rəhbərlərin çoxalmasına sevindiyini deyən rektor E.Qasımov cəmiyyətdə qadınlar və onların problemlərinin həllinə yönəlmiş əvəzsiz fəaliyyətinə görə Hicran Hüseynovaya da xüsusi təşəkkür edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BANM-ın xanım kollektivini qadınlar günü münasibətilə öz adından təbrik edib və uzun illər yüksək əmək göstəriciləri və peşəkar əmək fəaliyyətinə görə BANM-ın 6 əməkdaşını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri fərmanı ilə təltif edib.
Rektor Elmar Qasımov BANM-ın fəaliyyətində uzun illər öz töhfəsini verən 7 xanım əməkdaşı da mükafatla təltif edib, eyni zamanda Ali Məktəbin bütün xanım işçilərini və tələbələrini hədiyyələrlə təbrik edib.
Tədbir konsert proqramı ilə davam edib. Qadınlara həsr olunmuş musiqili proqramda Azərbaycanın xalq artisti Azər Zeynalov, əməkdar artist Teymur Əmrah, əməkdar artist Gülüstan Əliyeva və BANM-ın Musiqi Klubunun üzvləri öz ifaları ilə xanımlar üçün bayram əhval ruhiyyəsi yaradıblar.

Kəmalə Rəhimli