Humanizm, insansevərlik qadın ruhunun, qadın qəlbinin bəhrəsidir

Humanizm, insansevərlik qadın ruhunun, qadın qəlbinin bəhrəsidir Bakı Slavyan Universitetində (BSU) 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları universitetin rəssamlar klubunun üzvlərinin qadınlara həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Qadınları əlamətdar gün münasibətilə təbrik edən BSU-nun rektoru, professor Nurlana Əliyeva deyib ki, qadınlara qayğı, diqqət hər zaman cəmiyyətimizdə vacib prinsip olub. Çünki qadın anadır, o, bəşəriyyətin davamını yetişdirir və tərbiyə edir.
Bu gün cəmiyyətimizdə sabitliyin hökm sürdüyünü vurğulayan rektor bunun ümummilli lider Heydər Əliyevin həyata keçirtdiyi məqsədyönlü siyasətin nəticəsi olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Ulu Öndərin təməlini qoyduğu dövlətçilik prinsipləri tam bərqərar olub.
Bayram münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına təbrik səsləndirən N.Əliyeva ölkəmizin dünyaya tanıdılmasında gördüyü böyük işlərdə ona uğurlar diləyib. Rektor qadınlarımızı Mehriban Əliyevadan nümunə götürməyə çağırıb.
BSU-da çalışan xanımları təbrik edən universitetin prorektorları Telman Cəfərov və Rafiq Novruzov diqqətə çatdırıblar ki, humanizm, insansevərlik məhz qadın ruhunun, qəlbinin bəhrəsidir.
Sonra universitetin ən qocaman və uzun illər təcrübəsi olan qadın müəllimlərinə fəxri fərmanlar təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.

BSU-nun Mətbuat Xidməti


Humanizm, insansevərlik qadın ruhunun, qadın qəlbinin bəhrəsidir

Humanizm, insansevərlik qadın ruhunun, qadın qəlbinin bəhrəsidir

Oxşar xəbərlər