Bir dövran istərəm səkkizi martda...
Əzizim TİTİ-yə həsr edirəm.
QADINlar Günümüz Mübarək! #Qadınıqoru
Bir dövran istərəm səkkizi martda
Qız övlad sayılsın evin çırağı.
Qorxudan yatmayan “günahkar” ana,
Qızını oxşayıb vursun darağı
O incə telinə... - nazını alsın,
Bu qəddar dünyadan qızını alsın.
Bir ata olsun ki, dolsun gözləri,
Boynuna dolanan fidan ətrindən...
Bir ata olsun ki, tutub izləri
Qoy dağlara qalxsın bircə sətrindən...
Bir dövran istərəm səkkizi martda,
Atası qızına yazmaq öyrədə,
Göstərib həyatın qara üzlərin,
Cəsarət öyrədə, pozmaq öyrədə
Zülmət ləkələri qadın adından...
Qızı danışanda çıxa yadından
Dünyanın kədəri, bəxtiyar ola,
Oxusun, qoy qızı, daim yar ola,
Dayaq ola ona, güc-təkan verə...
Cehiztək təhsili ərmağan verə.
Bir ailə olsun oğullarını
Bacısına yoldaş , sirdaş böyüdə,
Elinin qızına qardaş böyüdə.
Qoy o oğul bilsin qadını uca,
Özün yüskək bilib, çıxmasın puça...
Bir dövran istərəm səkkizi martda,
Anası, nənəsi pulu güdməyə,
Rəfiqə paxıllıq yolu güdməyə...
Qızlar sayılmaya şəxsi mülkiyət,
Bitə bu rəzalət, acı xəyanət!
Qadınlı-kişili kifayət deyə,
Anladım, mən birəm, nəhayət deyə!
Bərabər olmasaq, biz bir olmasaq,
Bir yerdə açılıb, birgə solmasaq,
Pozular cahanın ulu nizamı,
ALLAH saxla bunu, vermə cəzamı...
Bir dövran istərəm səkkizi martda,
Bir yox iki qızım gələ dünyaya,
Təbəssüm eləyə, gülə dünyaya...
Qurtara cahanı onun şən səsi,
Qadındır həyatın nəbzi, nəfəsi...
Əzizim TİTİ-yə həsr edirəm.
QADINlar Günümüz Mübarək! #Qadınıqoru
Bir dövran istərəm səkkizi martda
Qız övlad sayılsın evin çırağı.
Qorxudan yatmayan “günahkar” ana,
Qızını oxşayıb vursun darağı
O incə telinə... - nazını alsın,
Bu qəddar dünyadan qızını alsın.
Bir ata olsun ki, dolsun gözləri,
Boynuna dolanan fidan ətrindən...
Bir ata olsun ki, tutub izləri
Qoy dağlara qalxsın bircə sətrindən...
Bir dövran istərəm səkkizi martda,
Atası qızına yazmaq öyrədə,
Göstərib həyatın qara üzlərin,
Cəsarət öyrədə, pozmaq öyrədə
Zülmət ləkələri qadın adından...
Qızı danışanda çıxa yadından
Dünyanın kədəri, bəxtiyar ola,
Oxusun, qoy qızı, daim yar ola,
Dayaq ola ona, güc-təkan verə...
Cehiztək təhsili ərmağan verə.
Bir ailə olsun oğullarını
Bacısına yoldaş , sirdaş böyüdə,
Elinin qızına qardaş böyüdə.
Qoy o oğul bilsin qadını uca,
Özün yüskək bilib, çıxmasın puça...
Bir dövran istərəm səkkizi martda,
Anası, nənəsi pulu güdməyə,
Rəfiqə paxıllıq yolu güdməyə...
Qızlar sayılmaya şəxsi mülkiyət,
Bitə bu rəzalət, acı xəyanət!
Qadınlı-kişili kifayət deyə,
Anladım, mən birəm, nəhayət deyə!
Bərabər olmasaq, biz bir olmasaq,
Bir yerdə açılıb, birgə solmasaq,
Pozular cahanın ulu nizamı,
ALLAH saxla bunu, vermə cəzamı...
Bir dövran istərəm səkkizi martda,
Bir yox iki qızım gələ dünyaya,
Təbəssüm eləyə, gülə dünyaya...
Qurtara cahanı onun şən səsi,
Qadındır həyatın nəbzi, nəfəsi...
Taleh HunobaNurlu (Mirzəyev)
ADPU, III kurs
ADPU, III kurs