Müəllimlər Günü: pul yığmaq hörmətdirmi, yoxsa qanun pozuntusu?
Məlum olduğu kimi, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Elm və Təhsil Nazirliyi bəyanat yayaraq xəbərdarlıq edib ki, bu münasibətlə müəllimlər üçün məktəblərdə pul yığılması, hədiyələr alınması qəti qadağandır. Hətta məktəblərdə bununla bağlı elanlar da vurulub. Amma o da məlumdur ki, kimlərsə müəllimə konvert verir və yaxud müəllimin kart hesabına pul köçürməklə bu qadağanı pozurlar və heç kimin də xəbəri olmur.
Bəs vətəndaşlarımız necə düşünür - müəllimlər üçün pul yığılmalı, hədiyyə alınmalıdırmı? Bunu doğru hesab edirlərmi?
Bu suallarla Bakı sakinlərinə müraciət edilib, onların rəyini öyrənibler.
Hazırladığımız videosorğunu təqdim edirik:
Tehsil-press.az
- Baxış: 174
Xəbərin tarixi: 02.10.2025 / 21:30
-
Oxşar xəbərlər