“BP Azerbaijan” şirkətinin və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan “Ümumtəhsil müəssisələrində informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzində (DİM) martın 14-də ekspert heyəti ilə görüş keçirilib.
Görüşdə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən 10 və 11-ci sinif şagirdləri üçün “İnformatika” fənnindən hazırlanmış dərs vəsaiti, seçilmiş 31 pilot məktəbdə vəsaitin istifadəsi və informatika müəllimləri üçün keçirilmiş təlimlər haqqında məlumat verilib.
İclasın sonunda həmin vəsaitlərə DİM-in ekspertlərinin rəy verməsi ilə bağlı müqavilə imzalanması barədə qərar qəbul olunub.

DİM-in Mətbaut Xidməti